• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahdağa qar yağır - FAKTİKİ HAVA

    16

    may

    Şahdağa qar yağır - FAKTİKİ HAVA

    Ölkə əraizisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Məlumata əsasən Xaltan, Quba, Qusar, Altıağac, Beyləqan, Xaçmaz, Xınalıq, Daşkəsən, Göygöl, Qobustan, Qrız, Sabirabadda arabir şimşək çaxır, leysan xarakterli yağış yağır.

    Şahdağda isə qar yağması müşahidə olunur.

    Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında arabir 21 m/s-dək güclənir.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 17, Aran rayonlarında 23, Naxçıvan MR-da 25, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınır.  

    Tarix : 16-05-2025, 19:46 | Oxunub: 1 784