Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum: 

50 litr olan plastik butulka, 15 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. 

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr (1 nəfər üçün maksimum hədiyyə sayı 10 ədəddir) qazana bilərsiniz.

 Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor bulvarı

25 iyul 2026-cı il

12:00-14:00