EKOLOGİYA
Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub - FOTO
Ekologiya.az bildirir ki, 11 yanvar-Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfindən ekokönüllülərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına ekskursiya təşkil olunub.
Ekskursiya çərçivəsində könüllülər əvvəlcə Milli Parkın İnformasiya Mərkəzinə baş çəkiblər. Burada onlara Milli Parkın yaradılmasının məqsədi, eyni zamanda Zəngəzur Milli Parkının zəngin flora və faunası barədə ətraflı məlumat verilib. İştirakçılar park ərazisində mühafizə olunan nadir bitki və heyvan növləri ilə də tanış olublar.