• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub - FOTO

    11

    yan

    Zəngəzur Milli Parkına ekskursiyası təşkil olunub - FOTO

    Ekologiya.az bildirir ki, 11 yanvar-Ümumdünya Qoruqlar və Milli Parklar Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfindən ekokönüllülərin Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına  ekskursiya təşkil olunub.
    Ekskursiya çərçivəsində könüllülər əvvəlcə Milli Parkın İnformasiya Mərkəzinə baş çəkiblər. Burada onlara Milli Parkın yaradılmasının məqsədi, eyni zamanda Zəngəzur Milli Parkının zəngin flora və faunası barədə ətraflı məlumat verilib. İştirakçılar park ərazisində mühafizə olunan nadir bitki və heyvan növləri ilə də tanış olublar.
    Ekskursiyanın davamında könüllülər qış mövsümünə xas hava şəraitinə baxmayaraq park ərazisində yerləşən istirahət sahələrində asudə vaxtlarını səmərəli keçiriblər. Qarlı təbiət mənzərəsi fonunda gəzinti edilib, təbiətin qış gözəllikləri müşahidə olunub.



    Tarix : 11-01-2026, 15:10 | Oxunub: 2 256