Tam versiya
Ana səhifə EKOLOGİYA 2 fevral – Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü təşkil olunacaq
EKOLOGİYA

2 fevral – Ümumdünya Su-Bataqlıq Əraziləri Günü ilə əlaqədar milli parklarda “Açıq qapı” günü təşkil olunacaq


Bataqlıq ərazilərinin əhəmiyyəti və biomüxtəlifliyin qorunmasında oynadığı mühüm rol barədə ictimai məlumatlılığın artırılması məqsədilə hər il 2 fevral tarixi dünyada Ümumdünya Su-Bataqlıq Əraziləri Günü kimi qeyd olunur.
Ekologiya.az bildirri ki, bu münasibətlə Qızılağac, Şirvan, Abşeron və Ağgöl milli parklarında “açıq qapı” günü təşkil ediləcək.
Su-bataqlıq əraziləri biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin təsirlərinin azaldılması və uyğunlaşma proseslərinin dəstəklənməsi, şirin su ehtiyatlarının təmin olunması, eləcə də qlobal və yerli iqtisadiyyata verdiyi töhfələr baxımından olduqca mühüm ekosistemlər hesab olunur.
 Qeyd edək ki, ölkəmizdə Ağgöl və Qızılağac milli parkları beynəlxalq əhəmiyyətli su-bataqlıq əraziləri kimi Ramsar Konvensiyasının Siyahısına daxil edilib.
Paylaş:
Tam mətni oxu →