Tam versiya
Ana səhifə EKOLOGİYA Ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur
EKOLOGİYA

Ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur


Ekologiya.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. 

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. 

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.  

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. 
Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli  hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.
Paylaş:
Tam mətni oxu →