• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur

    10

    noy

    Ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur

    Ekologiya.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin noyabrın 10-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. 

    Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. 

    Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.  

    Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. 
    Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

    Ölkə ərazisində müşahidə olunan güclü küləkli  hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

    Tarix : 10-11-2023, 11:14 | Oxunub: 1 955