• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Baş nazir: Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə böyük önəm verir

    22

    apr

    Baş nazir: Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə böyük önəm verir

    Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə milli və beynəlxalq dayanıqlı inkişaf gündəliyinin ayrılmaz tərkib hissəsi kimi baxaraq, bu sahəyə böyük önəm verir.

    Ekologiya.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib.

    Onun sözlərinə görə, bu kontekstdə BMT-nin iqlim konfransının - COP29-un Bakıda keçirilməsi ölkəmizin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə ən mühüm töhfəsi olub.

    “Əminik ki, builki sammitin yekunları praktiki təşəbbüslərin hazırlanmasına və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. İqlim dəyişikliyi və şirin su çatışmazlığ ilə bağlı yaranan qlobal çağırışların kəskinləşdiyi bir şəraitdə, su təhlükəsizliyi məsələləri beynəlxalq gündəmdə prioritet əhəmiyyət kəsb edir”, - deyə Baş nazir bildirib.

    Tarix : 22-04-2026, 12:15 | Oxunub: 2 632