
Regionumuzun incisi Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir. Həmin istiqamətdə ölkəmizin UNEP-lə səmərəli əməkdaşlığı mövcuddur, xüsusilə də bu məsələnin qlobal gündəliyə çıxarılması istiqamətində fəaliyyətimizi davam etdiririk.
Nazir Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycanın 3 Xəzəryanı ölkə — Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli İşçi qrupları yaradıldığını, həmin qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyətin nəzərdə tutulduğunu vurğulayıb.