ETSN-də ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə dövlət qulluğuna qəbul olunmuş əməkdaşları təbrik edib, onların cəmiyyət və dövlət qarşısında daşıdığı məsuliyyətdən, dövlət qulluqçusu andının əhəmiyyətindən bəhs edib.