ETSN-də ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyində ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş əməkdaşların andiçmə mərasimi keçirilib.
Tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə dövlət qulluğuna qəbul olunmuş əməkdaşları təbrik edib, onların cəmiyyət və dövlət qarşısında daşıdığı məsuliyyətdən, dövlət qulluqçusu andının əhəmiyyətindən bəhs edib.
O, dövlət qulluğunun yüksək peşəkarlıq, dürüstlük və vətənpərvərlik tələb edən şərəfli fəaliyyət sahəsi olduğunu vurğulayaraq yeni əməkdaşlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirin davamında ilk dəfə daimi dövlət qulluğuna qəbul olunan əməkdaşlar Azərbaycan Respublikasının Dövlət Bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə and içiblər.
![]()
![]()
![]()