Maştağa qəsəbəsində yerləşən zibil toplama məntəqəsinin mövcud vəziyyəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Paylaşılan görüntülərdə ərazidə köhnə konteynerlərin yerləşdirildiyi, ətrafın isə antisanitar vəziyyətdə olduğu görünür.

Ekologiya.az xəbər verir ki, "Bakı Gündəliyi" səhifəsi özünün sosial şəbəkə hesabında Maştağa qəsəbəsi, Mirəli Mirəliyev küçəsində yerləşən zibil toplama məntəqəsinin fotolarını paylaşıb.

Bildirilib ki, konteynerlər transformator məntəqəsinin yaxınlığında nəzarətsiz şəkildə yerləşdirilib. Paylaşımda ərazinin mövcud vəziyyətini əks etdirən foto ilə yanaşı, həmin məkan üçün hazırlanmış iki fərqli abadlaşdırma vizualı da təqdim olunub.

Məhdud büdcə ilə belə zibil toplama məntəqələrinin daha təhlükəsiz, səliqəli və estetik formada qurulması mümkündür.