• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

    20

    fev

    COP29 çərçivəsində mümkün əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb

    Beynəlxalq Enerji Agentliyinin qərargahında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci və 29-cu sessiyalarına həsr olunmuş yüksək səviyyəli dəyirmi masa keçiriləcək.

    "Report" xəbər verir ki, dəyirmi masada ölkəmizi təmsil edəcək xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev fevralın 19-da Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol ilə görüşüb.

    Görüşdə nazir müavini Azərbaycanın COP29-a ev sahibi seçilməsini ölkəmizə olan etimadın göstəricisi kimi qiymətləndirib.

    Y.Rəfiyev Bakı COP29-da tərəf dövlətlərin iqlim dəyişmələri ilə mübarizə sahəsində önəmli qərarlar verməli olduğunu diqqətə çatdırıb.

    Azərbaycanın COP29-un sədri olaraq konfransın uğurlu yekunlarının təmin edilməsi istiqamətində diplomatik səylərini əsirgəməyəcəyini, şəffaf, inklüziv və neytral sədrlik fəaliyyəti həyata keçirəcəyi vurğulanıb.

    Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol Azərbaycanı COP 29-a ev sahibliyinə seçilməsi münasibəti ilə təbrik edərək, bu gün bütün dünyanın gözünün Bakıda olduğunu vurğulayıb.

    Görüşdə Bakı COP29 tərəflər konfransı çərçivəsində mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Tarix : 20-02-2024, 10:00 | Oxunub: 1 466