EKOLOGİYA
İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi: COP29 inklüzivlik və iddialı həllər üçün istiqamətdir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yüksək dərəcədə inklüzivliklə, vətəndaş cəmiyyətinin fəal iştirakı ilə, azlıqların fikirlərinə diqqət yetirilməklə və gənclərin təşəbbüslərinin stimullaşdırılması ilə fərqlənən tədbir olacağını vəd edir.Bunu “Report”a müsahibəsində İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi elçisi, professor Françesko Korvaro deyib.Onun sözlərinə görə, Bakıda keçiriləcək konfrans əvvəlki, yəni Dubayda təşkil olunan COP28 kimi asan olmayacaq:“Lakin Nayrobidə Azərbaycanın COP29 komandası ilə görüş bizə iddialı məqsədlərin uğurla həyata keçirilməsinə ümid etməyə imkan verir”.“Azərbaycan (Azərbaycan Hökuməti) COP29 Təşkilat Komitəsinin nümayəndələrinin qətiyyətinin şahidi olduğum üçün inanıram ki, biz COP28-in nailiyyətlərinə əsaslanan iddialı nəticələrə nail ola bilərik. Hər zaman yadda saxlamaq lazımdır ki, dayanıqlı gələcəyə yalnız hazırkı dövrdə ekoloji, sosial və iqtisadi baxımdan davamlılığın təmin olunması yolu ilə nail olmaq olar”, - F.Korvaro vurğulayıb.O qeyd edib ki, COP28-in nailiyyətlərinə əsaslanan və Braziliyada keçiriləcək COP30-a doğru irəliləyən COP29-da ilk növbədə iqlim maliyyələşdirilməsi ilə bağlı məsələlərə diqqət yetiriləcək:“Bir müddətdir ki, iqlim maliyyələşdirməsinə dair islahatların aparılmasının zəruriliyi haqqında müzakirələr gedir. Bununla maksimum şəffaflıq təmin ediləcək və maliyyə vəsaitləri ehtiyacı olan inkişaf etməkdə olan ölkələr üçün getdikcə daha əlçatan olacaq. Bugünkü sistem həddən artıq bürokratikdir və ətrafımızdakı hiper-sürətli dünyaya uyğun gəlmir. Belə ki, iqlim böhranı ilə mübarizə aparan ölkələrin (onların “İtki və Zərər Fondu”na çıxışını təmin etmək lazımdır) və ya iqtisadiyyatlarının davamlı inkişafına çalışan və iqlim fondlarına çıxışdan asılı olan dövlətlərin ehtiyaclarına dərhal cavab vermək lazımdır. Bundan başqa, qida təhlükəsizliyi, enerji keçidi, vətəndaş cəmiyyəti və özəl sektorun iştirakı, gənclərin cəlb edilməsi, iqlim savadlılığı və təhsili kimi iqlim dəyişikliyi ilə bağlı kritik məsələlər həll edilməlidir”.
İqlim dəyişikliyi ilə mübarizə tədbirləri ilə yanaşı, italiyalı professor qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının rolu iqlim gündəliyi ilə bağlı ictimaiyyəti məlumatlandırmaq və insanların diqqətini bu istiqamətə yönəltməkdir: