Tam versiya
Ana səhifə EKOLOGİYA Çinin səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb
EKOLOGİYA

Çinin səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb


Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.


Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

Paylaş:
Tam mətni oxu →