• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Çinin səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

    09

    mar

    Çinin səfiri ilə COP29-a hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb

    Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.


    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.

    Tarix : 9-03-2024, 10:17 | Oxunub: 1 623