• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Şahdağa 20 sm qar yağıb - FAKTİKİ HAVA

    10

    apr

    Şahdağa 20 sm qar yağıb - FAKTİKİ HAVA

    Ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, qar örtüyünün hündürlüyü Şahdağda 20 sm olub.

    Düşən yağıntının miqdarı Naxçıvanda 12 mm, Şərurda 11 mm, Şahbuzda 7 mm, Ordubad, Sədərəkdə 5 mm, Culfada 2 mm, Yevlax, Göygöl və Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

    Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qax, Balakən, Şəki, Qrız, Yevlax, Göyçay, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21 dərəcəyədək, Naxçıvan MR-da 19 dərəcəyədək, Aran rayonlarında 18-22 dərəcəyədək, dağlıq rayonlarda 13-16 dərəcə isti olub.

    Tarix : 10-04-2024, 14:01 | Oxunub: 1 739