Ana səhifə›
EKOLOGİYA
›
Nazir: "Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdırmağı hədəfləyir"
EKOLOGİYA
Nazir: "Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdırmağı hədəfləyir"
Ekologiya
AMP
Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılmasını hədəf kimi müəyyənləşdirib."Report" xəbər verir ki, bunu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən mətbuat konfransında bildirib.O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmağı hədəfləyib.Nazir bununla bağlı işlərin uğurla davam etdiyini vurğulayıb.