• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazir: "Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdırmağı hədəfləyir"

    15

    apr

    Nazir: "Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerjinin payını 30 %-ə çatdırmağı hədəfləyir"

    Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 %-ə çatdırılmasını hədəf kimi müəyyənləşdirib.

    "Report" xəbər verir ki, bunu Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) müəyyən olunmuş Prezidenti Muxtar Babayev COP29-un baş qərargahında keçirilən mətbuat konfransında bildirib.

    O xatırladıb ki, Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilə qədər isə 40 % azaltmağı hədəfləyib.

    Nazir bununla bağlı işlərin uğurla davam etdiyini vurğulayıb.

    Tarix : 15-04-2024, 12:37 | Oxunub: 1 723