Tam versiya
Ana səhifə EKOLOGİYA İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
EKOLOGİYA

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub


İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraq liderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.


Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
Tam mətni oxu →