• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

    25

    apr

    İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

    İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət olunub. Prezident İlham Əliyev tərəfindən İraq liderinə ünvanlanmış dəvət məktubunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov bu ölkənin Prezidentinə təqdim edib.


    Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, İraq Prezidenti dəvət məktubunu məmnuniyyətlə qəbul edib və COP-29 kimi qlobal xarakterli tədbirə dəvət aldığı üçün Azərbaycan Prezidentinə təşəkkürünü bildirib.

    Görüş zamanı Azərbaycan ilə İraq arasındakı əlaqələrin perspektivləri barəsində geniş fikir mübadiləsi aparılıb.

    Tarix : 25-04-2024, 08:39 | Oxunub: 1 457