Ana səhifə›
EKOLOGİYA
›
TDT-nin Baş Katibi COP29-un uğurla keçiriləcəyinə əmindir
EKOLOGİYA
TDT-nin Baş Katibi COP29-un uğurla keçiriləcəyinə əmindir
Ekologiya
AMP
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçəcəyinə əminliyini ifadə edib.TDT-nin Baş katibi “Report”a açıqlamasında bildirib ki, bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi qarşıdan gələn COP29-a hazırlığın mühüm mərhələsidir.“Bugünkü forum bizim hamımızı çox sevindirən COP29 kimi böyük tədbirin başlanğıcıdır. Ümid edirəm və əminəm ki, bu tədbir uğurlu olacaq. Bu gün və yaxın 2-3 gündə iqlim dəyişikliyi, din kimi mövzular müzakirə ediləcək. Bugünkü forumun mövzusunda deyilir ki, yalnız dialoq yolu ilə bütün problemləri həll etmək olar, o cümlədən müharibələr, münaqişələr, təbii fəlakətlər və s.”, - o vurğulayıb.