• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • TDT-nin Baş Katibi COP29-un uğurla keçiriləcəyinə əmindir

    02

    may

    TDT-nin Baş Katibi COP29-un uğurla keçiriləcəyinə əmindir

    Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurla keçəcəyinə əminliyini ifadə edib.

    TDT-nin Baş katibi “Report”a açıqlamasında bildirib ki, bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi qarşıdan gələn COP29-a hazırlığın mühüm mərhələsidir.

    “Bugünkü forum bizim hamımızı çox sevindirən COP29 kimi böyük tədbirin başlanğıcıdır. Ümid edirəm və əminəm ki, bu tədbir uğurlu olacaq. Bu gün və yaxın 2-3 gündə iqlim dəyişikliyi, din kimi mövzular müzakirə ediləcək. Bugünkü forumun mövzusunda deyilir ki, yalnız dialoq yolu ilə bütün problemləri həll etmək olar, o cümlədən müharibələr, münaqişələr, təbii fəlakətlər və s.”, - o vurğulayıb.

    Tarix : 2-05-2024, 12:26 | Oxunub: 2 354