• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakı Avrasiya Universitetində Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin COP29-la bağlı görüşü olub

    29

    may

    Bakı Avrasiya Universitetində Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin COP29-la bağlı görüşü olub

    Bakı Avrasiya Universitetində Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin iştirakı ilə “Tələbələrin müvafiq həştəqlərdən istifadə edərək iqlim dəyişikliyi problemləri və COP haqqında məqalələrin yazılmasına və infoqrafikaların paylaşılmasına təşviq edilməsi" mövzusunda tədbir keçirilib. 
    Ekologiya.az-ın xəbərinə görə, tədbirdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-un əsas məqsədlərindən və iqlim dəyişikliyinin ekosistemlərə təsirindən danışılıb.
    Eyni zamanda, iqlim dəyişmələrinin səbəbləri, nəticələri, təsirləri və bu təsirlərin qarşısını almaq üçün qlobal və regional miqyasda, o cümlədən Azərbaycanda həyata keçirilən fəaliyyətlər mövzusunda çıxışlar dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
    Tədbir interaktiv şəkildə davam edib, iştirakçıların sualları cavablandırılıb.

    Tarix : 29-05-2024, 19:30 | Oxunub: 175