Bakı Avrasiya Universitetində Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin COP29-la bağlı görüşü olub
Bakı Avrasiya Universitetində Milli Hidrometeorologiya Xidmətinin nümayəndələrinin iştirakı ilə “Tələbələrin müvafiq həştəqlərdən istifadə edərək iqlim dəyişikliyi problemləri və COP haqqında məqalələrin yazılmasına və infoqrafikaların paylaşılmasına təşviq edilməsi" mövzusunda tədbir keçirilib.
Ekologiya.az-ın xəbərinə görə, tədbirdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi mötəbər tədbir olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29-un əsas məqsədlərindən və iqlim dəyişikliyinin ekosistemlərə təsirindən danışılıb.