• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yaşıllaşdırma Təsərrüfat Birliyi: Yasamal rayonundakı parkda sanitar kəsim aparılıb - FOTO

    13

    iyn

    Yaşıllaşdırma Təsərrüfat Birliyi: Yasamal rayonundakı parkda sanitar kəsim aparılıb - FOTO

    Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi Yasamal rayonu, Nəriman Nərimanov prospekti 5 ünvanında ağacların kəsilməsi ilə bağlı mətbuatda yayılan məlumata münasibət bildirib.

    Birlikdən Ekologiya.az-a bildirilib ki, göstərilən ərazidəki yaşayış binasının qarşısındakı parkda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən sanitar kəsim (qurumuş, xəstə və zədələnmiş ağacların kəsilməsi) işləri aparılıb.

    "Vətəndaşların Yasamal rayon İcra Hakimiyyətinə müraciəti və Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəyi əsasında burada 3 ədəd ağac (2 şam və 1 sərv) götürülüb və kəsilən ağacların yerində 6 ədəd yeni ağacın əkilməsi istiqamətində işlər görülür. Ətrafdakı digər ağacların quru budaqlar da budanacaq, onlara aqrotexniki qulluq göstəriləcək", - məlumatda qeyd olunub.

    Məsələnin araşdırılması ilə bağlı Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.


    Tarix : 13-06-2024, 10:30 | Oxunub: 1 536