Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahili tullantılardan təmizləndi - FOTO
Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin və “Azərkimya” İstehsalat Birliyinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib.