• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahili tullantılardan təmizləndi  - FOTO

    20

    iyl

    Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Sumqayıt sahili tullantılardan təmizləndi - FOTO

    Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FHN-nin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin və “Azərkimya” İstehsalat Birliyinin əməkdaşlarının, yerli icra və bələdiyyə nümayəndələrinin, ekokönüllülərin iştirakı ilə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik aksiyası keçirilib. 

    Ekologiya.az bildirir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində  keçirilən aksiya zamanı sahil zolağı 450 kiıoqramdan artıq tullantıdan təmizlənib.
    “Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən bu aksiyalar ətraf mühitin qorunması, ekosistemin sağlamlığının təmin edilməsi, eyni zamanda ictimaiyyətin bu məsələyə diqqətinin artırılması, insanlarda ekoloji məsuliyyət hissinin  yaradılması və tullantıların düzgün utilizasiyasına dair məlumatlandırmanın təmin edilməsi məqsədilə  təşkil olunur.

    Tarix : 20-07-2024, 19:30 | Oxunub: 1 800