Ana səhifə›
EKOLOGİYA
›
Una May Qordon: COP29-da iqlim maliyyəsi ilə bağlı danışıqlardan müsbət nəticələr gözləyirik
EKOLOGİYA
Una May Qordon: COP29-da iqlim maliyyəsi ilə bağlı danışıqlardan müsbət nəticələr gözləyirik
Ekologiya
AMP
Beynəlxalq İqlim və İnkişaf İnstitutu Bakıda keçiriləcək COP29 konfransında iqlim maliyyəsi ilə bağlı danışıqlardan yaxşı nəticələr gözləyir.Bu barədə "Report"a institutun nümayəndəsi Una Mey Qordon bildirib.Onun sözlərinə görə, Pre-COP29 çərçivəsində nazirlərin bugünkü görüşü mühüm hadisədir."Bu, danışıqlar platforması deyil, çünki bizim əvvəlcədən hazırlanmış çıxışlarımız yoxdur. Platforma tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün nəzərdə tutulub", - Qordon qeyd edib.O əlavə edib ki, COP29-un yekunları üzrə iqlim maliyyəsinin, xüsusilə İtki və Zərər Fonduna ayırmaların artacağını gözləyir.