Beynəlxalq İqlim və İnkişaf İnstitutu Bakıda keçiriləcək COP29 konfransında iqlim maliyyəsi ilə bağlı danışıqlardan yaxşı nəticələr gözləyir.

Bu barədə "Report"a institutun nümayəndəsi Una Mey Qordon bildirib.

Onun sözlərinə görə, Pre-COP29 çərçivəsində nazirlərin bugünkü görüşü mühüm hadisədir.

"Bu, danışıqlar platforması deyil, çünki bizim əvvəlcədən hazırlanmış çıxışlarımız yoxdur. Platforma tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün nəzərdə tutulub", - Qordon qeyd edib.

O əlavə edib ki, COP29-un yekunları üzrə iqlim maliyyəsinin, xüsusilə İtki və Zərər Fonduna ayırmaların artacağını gözləyir.