EKOLOGİYA
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız əkin mövsümünə start verilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib.
Aksiyada 100-dən çox məktəbli, o cümlədən Memarlıq və İnşaat Universitetinin tələbələri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisi”nə üzv uşaqlar iştirak edib.