• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız əkin mövsümünə start verilib

    21

    okt

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində payız əkin mövsümünə start verilib

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə payız əkin mövsümünün ilk ağacəkmə aksiyası keçirilib. 

    Aksiyada 100-dən çox məktəbli, o cümlədən Memarlıq və İnşaat Universitetinin tələbələri,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Uşaq Səfirlər Məclisi”nə üzv uşaqlar iştirak edib. 
    Aksiya çərçivəsində Müşfiqabad qəsəbəsində 1 hektar ərazidə Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun  Eldar şamı və zeytun ağacları əkilib. 
    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə, gənclərin ekoloji biliklərinin artırılmasına və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.Ekologiya.az

    Tarix : 21-10-2024, 14:54 | Oxunub: 1 912