EKOLOGİYA
Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələrinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda seminar keçirilib. Seminarda MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Saqib Məmmədov “COP29-a gedən yol: Yaşıl dünya naminə həmrəylik təntənəsi”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Fərid Məlikov “Yaşıllıqların statistik məlumatlarına dair maarifləndirmə”, MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi, i.f.d. Məlahət Rəhimova “Yaşıl iqtisadiyyat: mövcud reallıqlar və perspektivlər” MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Təranə Səfərova “Azərbaycanda iqlim dəyişikliyinin ətraf mühitə təsirləri”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin aparıcı məsləhətçisi Gültac Rzabəyli-Aliyeva isə “COP29-un ölkəmizin sosial-iqtisadi inkişafına təsiri” ni şərh etmişdir.