MDU-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələrinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda seminar keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişmələrinin Azərbaycan iqtisadiyyatına təsiri” mövzusunda seminar keçirilib.
Seminarda MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının müəllimi Saqib Məmmədov “COP29-a gedən yol: Yaşıl dünya naminə həmrəylik təntənəsi”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Fərid Məlikov “Yaşıllıqların statistik məlumatlarına dair maarifləndirmə”, MDU-nun İqtisadiyyat kafedrasının baş müəllimi, i.f.d. Məlahət Rəhimova “Yaşıl iqtisadiyyat: mövcud reallıqlar və perspektivlər” MDU-nun Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Təranə Səfərova “Azərbaycanda iqlim dəyişikliyinin ətraf mühitə təsirləri”, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsin aparıcı məsləhətçisi Gültac Rzabəyli-Aliyeva isə “COP29-un ölkəmizin sosial-iqtisadi inkişafına təsiri” ni şərh etmişdir.
Seminar ərzində iştirakçılar mövzular üzərində fikir mübadiləsi aparıb, iqlim dəyişikliyi və yaşıl iqtisadiyyat sahələrində maarifləndirmənin vacibliyini vurğulanıb.
Ekologiya.az