Tam versiya
Ana səhifə EKOLOGİYA Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar tədbir keçirib - FOTO
EKOLOGİYA

Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar tədbir keçirib - FOTO


Quba Regional Turizm İdarəsinin təşkilatçılığı və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə “Turizm Sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə Görüşü" mövzusunda Şabran rayonu "Qalaaltı Hotel SPA" hotelində tədbir keçirilib.

Ekologiya.az bildirir ki, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl təşkilatların ümumilikdə 100 nəfər işçi heyəti iştirak edib.

Tədbir çərçivəsində turizmlə yanaşı ekoturizmin, yaşıl iqtisadiyyatın inkişafı - ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təbii sərvətlərin israfının, ekoloji çirklənmənin azaldılması üçün tullantıların təkrar emalının mahiyyəti eyni zamanda mövcud ekoloji problemlərlə bağlı məlumat verilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.


Paylaş:
Tam mətni oxu →