• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar tədbir keçirib - FOTO

    27

    noy

    Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl təşkilatlar tədbir keçirib - FOTO

    Quba Regional Turizm İdarəsinin təşkilatçılığı və 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə “Turizm Sənayesində Dövlət-Özəl Əməkdaşlığı və Şəbəkələşmə Görüşü" mövzusunda Şabran rayonu "Qalaaltı Hotel SPA" hotelində tədbir keçirilib.

    Ekologiya.az bildirir ki, tədbirdə Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən dövlət və özəl təşkilatların ümumilikdə 100 nəfər işçi heyəti iştirak edib.

    Tədbir çərçivəsində turizmlə yanaşı ekoturizmin, yaşıl iqtisadiyyatın inkişafı - ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təbii sərvətlərin israfının, ekoloji çirklənmənin azaldılması üçün tullantıların təkrar emalının mahiyyəti eyni zamanda mövcud ekoloji problemlərlə bağlı məlumat verilib, tədbir iştirakçılarının sualları cavablandırılıb.


    Tarix : 27-11-2024, 20:37 | Oxunub: 2 048