• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Botanika İnstitutunun əməkdaşları Zəngilan rayonunun flora müxtəlifliyini tədqiq edirlər

    05

    dek

    Botanika İnstitutunun əməkdaşları Zəngilan rayonunun flora müxtəlifliyini tədqiq edirlər

    Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun əməkdaşları tərəfindən Zəngilan rayonunda ekspedisiya həyata keçirilib.


    Bu barədə Ekologiya.az-a Botanika İnstitutundan bildirilib.


    Ekspedisiyanın məqsədi Zəngilan rayonunda flora müxtəlifliyinin tədqiqi, bitki örtüyünün araşdırılması, fitosenoloji təsvirin verilməsi və perspektivli növlərin resurs potensialının qiymətləndirilməsi, o cümlədən “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşlarından)” kitabının, broşür və bukletlərin Böyük Qayıdış icmalarına çatdırılması, yerli əhali arasında faydalı bitkilərin istifadəsinin təbliğatının aparılması olub.


    Botaniklər Zəngilan rayonunun Ağalı, Şəfibəyli, Rəzdərə və Məşədiismayıllı kəndlərində və Bəsitçay ətrafında geniş monitorinqlər aparıb, bitkilik, yol kənarı taxıllı-kolluqlu bozqır sahələrin floristik tərkibini araşdırıblar. Ərazilərdə 22 növ ağac, kol, ot bitkiləri, o cümlədən 7 növ yarpaqgövdəli mamırların növ tərkibi və bioekologiyası öyrənilib, biotopları haqqında məlumatlar qeydə alınıb.

    Tarix : 5-12-2024, 18:44 | Oxunub: 1 536