Tam versiya
Ana səhifə EKOLOGİYA Son ay yarım ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərin həcmi açıqlanıb
EKOLOGİYA

Son ay yarım ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərin həcmi açıqlanıb


2020-ci ilin noyabr ayından indiyədək 115 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İnvestisiya Forumunda panel çıxışı zamanı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

O qeyd edib ki, minatəmizləmə sahəsində müxtəlif avadanlıqlardan, o cümlədən qardaş Türkiyənin istehsal etdiyi robotlardan istifadə olunur.
"Biz uzaqdan idarə olunan robotlar və piyada əleyhinə minalara qarşı maşınlar kimi müxtəlif texnologiyalardan istifadə edirik. Bu, minaların, o cümlədən tank əleyhinə minaların məhv edilməsində mühüm rol oynayır. İşğaldan azad edilən əraziləri təmizləmək üçün Türkiyə istehsalı olan robotlar və minatəmizləmə maşınlarından da istifadə edilir", - deyə sədr müavini əlavə edib.

Paylaş:
Tam mətni oxu →