• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Son ay yarım ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərin həcmi açıqlanıb

    21

    dek

    Son ay yarım ərzində mina və partlamamış hərbi sursatlardan təmizlənən ərazilərin həcmi açıqlanıb

    2020-ci ilin noyabr ayından indiyədək 115 min hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

    "Report" xəbər verir ki, bunu Azərbaycan-Türkiyə İnvestisiya Forumunda panel çıxışı zamanı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov deyib.

    O qeyd edib ki, minatəmizləmə sahəsində müxtəlif avadanlıqlardan, o cümlədən qardaş Türkiyənin istehsal etdiyi robotlardan istifadə olunur.
    "Biz uzaqdan idarə olunan robotlar və piyada əleyhinə minalara qarşı maşınlar kimi müxtəlif texnologiyalardan istifadə edirik. Bu, minaların, o cümlədən tank əleyhinə minaların məhv edilməsində mühüm rol oynayır. İşğaldan azad edilən əraziləri təmizləmək üçün Türkiyə istehsalı olan robotlar və minatəmizləmə maşınlarından da istifadə edilir", - deyə sədr müavini əlavə edib.

    Tarix : 21-12-2023, 17:37 | Oxunub: 1 832