• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Sabah bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq

    29

    yan

    Sabah bəzi şəhərətrafı ərazilərdə hava çiskinli olacaq

    Bakıda və Abşeron yarımadasında yanvarın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən Ekologiya.az-a verilən məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə havanın az çiskinli olacağı ehtimalı var.

    Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

    Tarix : 29-01-2025, 14:20 | Oxunub: 1 288