2 fevral - Ümumdünya Su-Bataqlıq Əraziləri Qızılağac və Şirvan milli parklarında müxtəlif tədbirlərlə qeyd edilib/FOTO
Şirvan Milli Parkını ziyarət edən turistlərə su-bataqlıq ərazilərinin əhəmiyyəti, ölkəmizdə mövcud olan su-bataqlıq quşları, əsasən də “Qırmızı Kitab”a salınmış nadir və nəsli kəsilməkdə olan növlər haqqında məlumatlar verilib. Turistlər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Qızılqaz gölünə səfər edərək milli parkın su-bataqlıq ərazilərindəki quşları müşahidə ediblər.