Şirvan Milli Parkını ziyarət edən turistlərə su-bataqlıq ərazilərinin əhəmiyyəti, ölkəmizdə mövcud olan su-bataqlıq quşları, əsasən də “Qırmızı Kitab”a salınmış nadir və nəsli kəsilməkdə olan növlər haqqında məlumatlar verilib. Turistlər köçəri quşların miqrasiya marşrutu üzərində yerləşən Qızılqaz gölünə səfər edərək milli parkın su-bataqlıq ərazilərindəki quşları müşahidə ediblər.
Qızılağac Milli Parkında isə ziyarətçilərə Ramsar Konvensiyası, Konvensiyanın siyahısına daxil edilmiş Qızılağac Milli Parkı haqqında ətraflı məlumatlar verilib, körfəz ərazisində quşları müşahidə tədbiri təşkil edilib.