Tam versiya
Ana səhifə EKOLOGİYA DETX çınqıl-qum qarışığının qanunsuz daşıyanları məsuliyyətə cəlb etdi
EKOLOGİYA

DETX çınqıl-qum qarışığının qanunsuz daşıyanları məsuliyyətə cəlb etdi


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qudyalçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən fiziki şəxs Taleh Əliyevə və “Qranit Servis” MMC-yə  məxsus qum-çınqıl karxanaları tərəfindən ümumilikdə 2859 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.  


Faktlarla bağlı müvafiq olaraq qum-çınqıl karxanasının iş icraçısı Valeh Əhmədov barəsində vəzifəli şəxs qismində, “Qranit Servis” MMC barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.Ekologiya.az
Paylaş:
Tam mətni oxu →