Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Qudyalçay çayının Quba rayonunun inzibati ərazisindən keçən hissəsindən fiziki şəxs Taleh Əliyevə və “Qranit Servis” MMC-yə  məxsus qum-çınqıl karxanaları tərəfindən ümumilikdə 2859 m3 həcmində çınqıl-qum qarışığının qanunsuz götürüldüyü müəyyən edilib.  


Faktlarla bağlı müvafiq olaraq qum-çınqıl karxanasının iş icraçısı Valeh Əhmədov barəsində vəzifəli şəxs qismində, “Qranit Servis” MMC barəsində hüquqi şəxs qismində protokol tərtib olunub və qanunamüvafiq qaydada inzibati məsuliyyətə cəlb ediliblər.Ekologiya.az