• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda güclü külək nəticəsində 35-ə yaxın ağac və budaq qırılıb - FOTO

    07

    fev

    Bakıda güclü külək nəticəsində 35-ə yaxın ağac və budaq qırılıb - FOTO

    Bakı şəhərinin bir sıra hissəsində iri və xırda gövdəli ağacların aşması qeydə alınıb.

    Ekologiya.az məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə müraciət edib.

    "7 Fevral 2025-ci il tarixində Bakı şəhərində əsən güclü külək nəticəsində 35 ədədə yaxın ağac və budaq qırılması faktı qeydə alınıb. Birliyin operativ qrupları tərəfindən ünvanlarda tədbirlər görülüb, qırılan ağaclar ərazidən uzaqlaşdırılıb. Hal-hazırdada tərəfimizdən operativ tədbirlər görülməkdədir", - deyə Birlikdən bildirilib.

    Qeyd edək ki, iri gövdəli ağaclar ərazidən doğranaraq yığışdırılır.


    Tarix : 7-02-2025, 20:45 | Oxunub: 1 288