Masallıda meşəlik ərazidə “Kalaşnikov” avtomatı aşkarlanıb
Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan “AK-74” markalı 1 avtomat və 30 patron aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırma aparılır.
Paylaş:
Tam mətni oxu →