Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Ekologiya.az-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan “AK-74” markalı 1 avtomat və 30 patron aşkarlanaraq götürülüb.

Fakt üzrə araşdırma aparılır.