Tam versiya
Ana səhifə MEŞƏ ETSN - nin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib/FOTO
MEŞƏ

ETSN - nin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib/FOTO


 Novruz bayramının dördüncü və sonuncu çərşənbəsi olan Torpaq Çərşənbəsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri, UNEC nəzdində Sosial-İqtisadi Kollecinin tələbələri və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıqların artırılması və ətraf mühitin mühafizəsini təşviq etməkdir.Ekologiya.az


Paylaş:
Tam mətni oxu →