• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN - nin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib/FOTO

    19

    mar

    ETSN - nin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib/FOTO

     Novruz bayramının dördüncü və sonuncu çərşənbəsi olan Torpaq Çərşənbəsi münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

    1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri, UNEC nəzdində Sosial-İqtisadi Kollecinin tələbələri və ekokönüllülərin iştirakı ilə keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

    Ağacəkmə aksiyasının keçirilməsində məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıqların artırılması və ətraf mühitin mühafizəsini təşviq etməkdir.Ekologiya.az


    Tarix : 19-03-2025, 11:58 | Oxunub: 1 456