“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ağacəkmə aksiyaları davam edir - FOTO
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Hesablama Palatasının, Bank Avrasiyanın əməkdaşlarının, Azərbaycan-Fransız Universitetinin və ADA Universitetinin tələbələrinin, şagirdlərin və ekokönüllülərin iştirakı ilə Bakının Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyaları keçirilib.